Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:13
«Biz Azərbaycan hökumətinin antikorrupsiya sahəsində son təşəbbüslərini alqışlayırıq. Təşəbbüsün davam etdirilməsində və daha da dərinləşdirilməsində kömək göstərməyə hazırıq».

Fevralın 17-də ABŞ-ın Azərbaycandakı səfiri Matthew Bryza bu fikri deyib.

Onun fikrincə, Azərbaycan artıq alternativ ölkə olaraq özünü büruzə verməkdədir:

«Bu, həm də çox müsbət bir alternativdir. Bu, Misirdə baş verən son hadisələrə bir alternativdir. Misirdə əhali və hökumət ekstremizmlə davamlı çətinlik arasında çox çətin seçim etməli oldu. Hesab edirəm ki, Azərbaycan demokratik islahatlar istiqamətində səylərini davam etdirdikcə, nümunəvi uğurlu ölkə olacaq. Bizim birgə görüləsi işlərimiz çoxdur. Amerika hökuməti, səfirlik və media arasındakı əməkdaşlıq mənim bəhs etdiyim məsələlərdə çox mühüm rol oynayır».

Yeni səfir enerji əməkdaşlığından da danışıb. O deyib ki, «Cənub dəhlizi» layihəsinin inkişafına yönələn fəaliyyətlər Avropa ilə münasibətlərin yaxınlaşmasına və dərinləşməsinə xidmət edəcək:

«Ölkələr və şirkətlər danışıqların çox mühüm mərhələsinə qədəm qoyub. Bu fəaliyyətlər Azərbaycanın «Cənub dəhlizi» vasitəsilə Avropaya inteqrasiyasına kömək edəcək. Bu, həm də qaz tədarükü marşrutlarının sonrakı şaxələndirilməsində öz rolunu oynayacaq. Səfirliyimiz və rəsmi Vaşinqton prosesdə tərəflərə dəstəyini davam etdirəcək».

Səfir deyib ki, demokratiya və bazar iqtisadiyyatı sahəsində də Amerika Azərbaycana dəstək verir.

O, hərbi əməkdaşlıq sahəsində məsləhətləşmələrin davam etdiriləcəyini də açıqlayıb:

«Yaxın bir neçə gündə Xarici İşlər Nazirliyində bununla bağlı danışıqlar aparacağam. Çünki bu, hərbi-siyasi məsləhətləşmələrdir və xarici işlər nazirliklərinin iştirakı ilə həyata keçirilir. Biz bu məsləhətləşmələri mühüm hesab edirik və ABŞ hökuməti məsləhətləşmələri davam etdirməyə hazırdır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG