Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:18

Ordu Bəhreyndə nəzarəti ələ alıb


Bəhreynin paytaxtı Manamada ordu şəhərdəki bütün əsas nöqtələri nəzarət altına götürüb. Bunu televiziya ilə müraciətində ordu nümayəndəsi bildirib.

Adamlara böyük qruplar halında toplaşmaq qadağan olunub. Küçələrə zirehli texnika çıxarılıb.

Dünən axşam polis etirazçıları dağıdıb. Bir neçə adam ölüb, 150-yə yaxın adam yaralanıb.
Bəhreyndə müxalifət yeni konstitusiyanın qəbul olunmasını, hökumətin seçki yolu ilə formalaşdırılmasını, siyasi məhbusların azadlığa buraxılmasını tələb edib.
XS
SM
MD
LG