Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:01

İraqda polis aksiyaçılara atəş açıb


İraqın şimalındakı Süleymaniyyə şəhərində təhlükəsizlik qüvvələri siyasi islahatlar tələb edən aksiyaçılara atəş açıb.

Azı 2 nəfərin öldüyü xəbər verilir.

Ölkənin cənubundakı Bəsrə şəhərində isə 600-ə yaxın adam yerli hakimiyyət binasının qarşısında mitinqə çıxıblar.

Həmçinin Nəsriyyə şəhərində etiraz aksiyası keçirilib.

Son həftələr İraqda korrupsiya və sosial vəziyyətə etiraz olaraq demək olar ki, hər gün etiraz aksiyaları keçirilir.

İraqın baş naziri Nuri əl Maliki hesab edir ki, bu etirazların arxasında Səddam Hüseyinin keçmiş Bəəs partiyası ilə Əl Qaidə durur.
XS
SM
MD
LG