Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:38
Tacikistanda evlərə "Quran" paylayırlar, amma məsciddə namaz qılmaq da yasaqlanır.

Tacikistanın cənubundakı Xatlon əyalətinin rəhbərliyi elan edib ki, radikal islamın yayılmasıyla mübarizə tədbirlərinə başlayırlar. Ghaybullo Avzalov bildirib ki, ilin sonuna qədər əyalətdəki 400 min ailənin hər birinə tacik dilinə tərcümə edilən "Quran" və ölkənin Konstitusiyasını paylayacaqlar.

Bundan başqa, evlərə milli adətlərlə bağlı qanun və ona əməl etməyən valideynlərin üzləşəcəyi məsuliyyətlə bağlı qanunların nüsxələri də veriləcək. Hələ ki, sözügedən qanunlar ancaq layihə şəklindədir. Ancaq bu yaxınlarda həmin sənədlərin qanun kimi təsdiq edilməsi nəzərdə tutulur.

Bu laihəyə görə 18 yaşına çatmayan gənclərin məscidlərdə namaz qılması və hicab taxması da yasaqlanacaq. Qanun artıq imzalanmaq üçün prezidentə göndərilib.

Avzalovun sözlərinə görə, bu tədbirlər gənclər arasında radikal islamın yayılmasının qarşısını alacaq. Həm də onların qanunlara əməl edən, milli adət-aənənləri bilən vətəndaş kimi böyüməsini təmin edəcək.

İslami İntibah Partiyasının sədr müavini Azimjon Vahhobov deyir ki, əyalət rəhbərliyi yanılır. Çünki bir tərəfdən evlərə "Quran" paylasalar da, digər tərəfdən gəncləri məscidə namaza buraxmamaq və hicab geyinməyi qadağan etməklə, əksinə, radikallığı yayacaqlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG