Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:31

M.Brayza terror təhlükəsinin çox ciddi olduğunu deyir


“Biz Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizə təşəbbüsünü dəstəkləyirik və bunu dərinləşdirmək üçün ABŞ Azərbaycana dəstək verməyə hazırdır”.

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi brifinqdə ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Metyu Brayza bildirib.

Səfir bu gün Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə bir sıra məsələlər, o cümlədən Azərbaycanda terror təhlükəsi ehtimalı barədə müzakirələr apardığını deyib.

Metyu Brayza qeyd edib ki, biz terror ehtimalı ilə bağlı məlumat verən mənbəni açıqlamırıq.

Amma əgər bu barədə ikinci dəfə xəbərdarlıq etmişiksə, deməli məsələ çox ciddidir.- deyə o vurğulayıb.
XS
SM
MD
LG