Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:28

Yəməndə müxalifətlə hakimiyyət tərəfdarları arasında toqquşma olub


Yəmənin paytaxtı Sanaada müxalifətlə hökumət tərəfdarları arasında toqquşma olub.

Dəyənəklərlə silahlanmış hakimiyyət tərəfdarları universitetdən şəhərin mərkəzi meydanına gəlmək istəyən aksiyaçılara hücum ediblər.

Artıq 5-ci gündür ki, Yəməndə hökumət əleyhinə nümayiş keçirilir.

Aksiyaçılar 32 ildir ki, hakimiyyətdə olan prezident Ali Abdullah Salehin istefasını tələb edirlər.

Həmçinin Aden də daxil olmaqla ölkənin digər şəhərlərində toqquşmalar olduğu, bu azı 10 nəfərin yaralandığı xəbər verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG