Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:14
Jurnalist Elçin Həsənov deyir ki, fevralın 16-da Sumqayıt Apelyasiya Məhkəməsi qarşısında polislər onu döyüb. Bu zaman ağrıdan hətta ürəyi gedib.

O, «Yüksəliş naminə» qəzetinin əməkdaşı kimi AXCP fəalı Cabbar Savalanın məhkəməsini izlədiyini bildirir.

«Məhkəmədən sonra 20 nəfərdən çox mülki geyimli və polis formasında olan şəxs məni vəhşicəsinə döydü. Məni maşına mindirərkən aldığım xəsarətlərdən ürəyim gedib bayılmışam. Həyatıma təhlükə olmasına baxmayaraq, polislər məni 100 metrə qədər sürüyərək bayılmış vəziyyətdə polis avtomobilinə mindirdilər».

Elçin Həsənov deyir ki, iki gündür bədənində ağrı və sancı var.

Jurnalist hadisə vaxtı gödəkçəsinın cırıldığını, papağı, telefonu və 20 manat pulunun polis bölməsində yoxa çıxdığını da söyləyir.

Jurnalist onu döyənlərin cəzalandırılmasını tələb edir. Onu döyən polislərin video və foto görüntülərini götürdüyünü bildirir.

«PULU, TELEFONU İTSƏYDİ, DƏRHAL POLİS BÖLMƏSİNDƏKİLƏRƏ MƏLUMAT VERƏ BİLƏRDİ»

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə Elçin Həsənovun döyülmədiyini, polislərin onunla nəzakətlə davrandığını bildirir:

«Elçin Həsənov iddia etdiyi kimi döyülsəydi, pulu, telefonu itsəydi, dərhal polis bölməsindəkilərə məlumat verə bilərdi. Hadisədən bir gün keçəndən sonra bu haqda danışmaq nə qədər düzdür?»

Fevralın 16-da Sumqayıt Apelyasiya Məhkəməsi narkotik saxlamada ittiham olunan Cabbar Savalanın məhkəmə qərarından şikayətini təmin etməyib. Buna etiraz olaraq AXCP-çi gəncin partiyadaşları və qohumları məhkəmə qarşısında dövlət himnini oxumağa başlayıblar. Onların ictimai asayişi pozduğunu deyən polis etirazçıların bir neçəsini zorla 4 saylı bölməyə aparıb. Xəbərdarlıq etdikdən sonra buraxıb.

AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı elə fevralın 16-da AzadlıqRadiosuna Elçin Həsənovun döyüldüyünü və vəziyyətinin pis olduğunu bildirmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG