Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:29

Pakistanda ABŞ vətəndaşının məhkəməsi təxirə salınıb


Pakistan məhkəməsi ABŞ səfirliyinin əməkdaşı Raymond Davisin işiylə bağlı dinləmələri martın 14-ə keçirib.

O, 2 yerli sakini öldürməkdə ittiham olunur.

Məhkəmə onun diplomat toxunulmazlığı olub-olmaması barədə qərar çıxarmalıydı.

Amma hakim dairələr məsələylə bağlı mövqe bildirmək üçün əlavə vaxt lazım olduğunu bildirib.

Raymond Davis yanvarın 27-də motosiklda olan iki nəfəri güllələyib.

Davisin sözlərinə görə onlar onu qarət eləmək istəyirmişlər və özünümüdafiə məqsədilə atəş açıb.
XS
SM
MD
LG