Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:46

Boks üzrə qadınlardan ibarət milli komanda yaradıldı


Azərbaycanda ilk dəfə boks üzrə qadınlardan ibarət milli komanda yaradılıb. Bu haqda Lent.az-a Azərbaycan Boks Federasiyasının (ABF) I vitse-prezidenti Ağacan Abiyev məlumat verib.

Abiyevin sözlərinə görə, bu məqsədlə yığmamızın baş məşqçi postuna dağıstanlı mütəxəssis Aleksandr Denisov cəlb olunub. Denisovun qarşısında duran əsas vəzifə 2012-ci il London Yay Olimpiya Oyunlarına qadın boksçularımıza da lisenziya qazandırmaqdan ibarətdir. Bu məqsədlə azsaylı yerlilərdən əlavə, legionerlərin də cəlb olunması nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG