Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:37

Üç qəsəbəyə su və kanlizasiya sistemi çəkilir


Gəncənin 3 böyük qəsəbəsinə su və kanlizasiya sistemi çəkilir.

Bu təxminən 350 abonentin su-kanalizasiya sistemi ilə təmin olunması deməkdir.

Gəncə şəhər Su Kanal Törəmə Səhmdar Cəmiyyətinin baş mühəndisi Mamed Hüseynovun verdiyi məlumata görə, indiyədək ümumiyyətlə kanalizasiya sistemi olmayan Sadıllı, Avtozavod və Poçt qəsəbələrinin kommunal sistemlə təmin olunması Isveçrənin SEKO təşkilatı ilə Almaniyanın KFV bankının birgə maliyyələşdirdiyi layihəyə əsasən reallaşacaq.

Həmin yaşayış massivlərində kanalizasiya sistemlərinin quraşdırılması ilə yanaşı eyni zamanda Çirkab Su Təmizləmə stansiyasının tikilməsi də nəzərdə tutulur.
Bildirək ki, layihənin həyata keçirilməsi üçün hazırda Gəncə şəhərində topoqraflar kanalizasiya xətlərinin yerləşdiyi ərazinin dəqiq ölçüsünü aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG