Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:30

Gəncədə orta məktəbdə yanğın olub


Yanğın 3 mərtəbəli binanın 2-ci mərtəbəsindəki siniflərdən birində baş verib. Baş vermiş yanğın nəticəsində sinifin döşəməsi, partalar və digər sinif əşyaları yanıb.

Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, yanğın hadisəsi fevralın 16-da saat 21:30 radələrində Azərbaycan küçəsi 135-də yerləşən 3 nömrəli orta məktəbdə baş verib. Bir taksi sürücüsünün GYMİ-nə zənglə etdiyi xəbərdən dərhal sonra əraziyə 4 yanğın söndürmə maşını gedib. 35 kvadrat metr sahəsi olan sinif otağındakı yanğının vaxtında söndürülməsi nəticəsində ümumi sahəsi 3000 kvadrat metr olan məktəbin qalan hissəsi yanğından mühafizə olunub.

İlkin ehtimallara görə yanğına sinifdə olan odun sobasından döşəməyə düşən köz səbəb olub. Hazırda GYMİ-nin əməkdaşları hadisə yerində təhdiqat işləri aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG