Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:57

ATƏT sədri Ağ evdə insan hüquqlarının vacibliyindən danışıb


Vaşinqtonda olan ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronius Ažubalis, dövlət katibi Hillari Klinton və ABŞ adminstarsiyasının rəhbərliyi ilə görüşündə ATƏT-ə daxil olan ərazilərdə münaqişələrin həlli yolları barədə müzakirə aparıb.

O, həmçinin media azadlığına dəstək və enerji təhlükəsizliyi məsələlərini müzakirə edib.
Litva xarici işlər nazirliyindən verilən məlumata görə, görüşdə ATƏT məkanında həlli uzadılmış münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində tərəqqi əldə edilməsindən danışılıb.

ATƏT sədri qeyd edib ki, Minsk Qrupu həmsədrlərinin prosesdə aktiv iştirakı Dağlıq Qarabağ və ona bitişik rayonlarda gərginliyin azaldılması üçün çox vacibdir.

Helsinki komissiyasının rəhbərliyi ilə görüşündə Ažubalis ATƏT məkanında insan hüquqları, fundamental azadlıqlar, demokratiya ilə bağlı çağırışları müzakirə edib.
O deyib ki, insan hüquqları, fundamental azadlıqlar və qanunların işlədiyi cəmiyyətlər təhlükəsiz olur və əlavə edib ki, bu dəyərlərin inkişafı onların əsas proritetləridir.

ATƏT sədrinin ABŞ-da görüşləri davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG