Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:14

Avropa Şurasının baş katibinin Moldavadakı şəxsi nümayəndəsi azərbaycanlı oldu


Avropa Şurasının Baş katibi Tyoborn Yanqland bir sıra ölkələrə özünün xüsusi nümayəndələri, Avropa Şurası ofis rəhbərlərini təyin edib. Onlardan biri, Azərbaycan vətəndaşı Ülvi Axündludur. Turan informasiya agentliyinin məlumatına görə, o, Baş katibin Moldovada xüsusi nümayəndəsi, Avropa Şurasının Kişinyovdakı ofisinin rəhbəri təyin edilib.

Beləliklə, Ülvi Axundlu Avropa Şurası qurmlarında belə bir yüksək vəzifəyə təyinat alan ilk Azərbaycan vətəndaşı olub.
34 yaşlı Axundlu müxtəlif beynəlxalq təşkilatlarda çalışıb. O, 2002-2007-ci illərdə ATƏT-in Bakı ofisində KİV siyasəti üzrə müşavir işləyib. 2007-ci ildə Ülvi Axundlu Avropa Şurasının Strasburqdakı mərkəzi ofisində fəaliyyətinini davam etdirib və burada Kommunikasiya departamentində KİV-in monitorinqi şöbəsinə başçılıq edib. 2010-cu ildən Ülvi Axundlu Avropa Şurası və Avropa Birliyinin Moldovada birgə layihəsinə rəhbərlik edib.

Azərbaycana isə Avropa Şurasının Baş katibinin xüsusi nümayəndəsi Yunanıstanlı Konstantin Erokostopulos təyin edilib. Bundan öncə o, AŞ-nın Belqraddakı ofisinə rəhbərlik edib.

Yeni xüsusi nümayəndələr həmçinin Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Serbiya və Kosovoya da təyin edilib.
XS
SM
MD
LG