Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:44

Yəmənin paytaxtında yenidən toqquşma olub


Fevralın 16-da Yəmənin paytaxtı Sanaada yenidən müxalifətlə prezidentin tərəfdarları arasında toqquşma olub.

Bıcaq və dəyənəklərlə silahlanmış prezidentin tərəfdarları universitetin binasına yığışmış müxalifətçilərə hücum ediblər.

Xəsarət alanlar var.

Ölkənin cənubundakı Aden şəhərində isə polisin nümayişçilərə atəş açması nəticəsində 1 nəfər ölüb.

Müxalifət uzun illərdir ki, hakimiyyətdə olan prezident Ali Abdullah Salehin istefasını tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG