Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:09
Məlumatlara görə, fevralın 15-dən 16-a keçən gecə Liviyanın şimal-şərqindəki Benqazi şəhərində yüzlərlə adam küçələrə çıxaraq hökumətə qarşı yürüş keçirib.

Avtokratik ölkə olan Liviyada hökumət əleyhinə belə kütləvi aksiya nadir hadisədir.

Benqazidəki etirazlar haqda hər hansı rəsmi məlumat yayılmayıb

Amma şahidlərin dediyinə görə, etirazçılar polisə daş atıblar.

Polis isə su şırnaqları, gözyaşardıcı qaz və rezin güllələrlə cavab veriblər.

Gecəylə İnternetə yüklənən videolarda Benqazidəki etirazçıların şüarlar səsləndirdiyi görünür.

Liviyanın özəl on-line dərgisi - Quryna xəbər verir ki, toqquşmalarda 14 nəfər xəsarət alıb, onların 10-u polis əməkdaşlarıdır.

Şəhərdəki Al-Jala xəstəxanasının baş həkimi Frans press agentliyinə deyib ki, yüngül xəsarət almış 38 nəfərə yardım göstəriblər.

Hökumət hələ ki baş verənlərə münasibət bildirməyib.

Dövlət televiziyasında isə əksinə - ölkə boyu Liviya rəhbəri Müəmmər Qəddafiyə dəstək olaraq yürüşlərin keçirildiyi göstərilir.

Qəddafi 40 ildir ölkəni idarə edir

Məlumatlara görə, Benqazidəki etirazlara yerli hüquq müdafiəçisi Fathi Terbilin həbsi səbəb olub.

O, hökuməti sərt tənqid edənlərdəndir.

Məlumatlara görə artıq onu azad ediblər, amma etirazlar bundan sonra da davam edib.

Avropa Birliyi xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton-un sözçüsü Maja Kocijancic Liviya rəhbərliyini çağırıb ki, insanların öz fikirlərini sərbəst ifadə etmək azadlığına şərait yaratsın.

Bəhreyndə isə hökumət əleyhinə etirazlar 4-cü gündür ki davam edir.

Polisin 2 etirazçını öldürməsi emosiyaları daha da coşdurub.

Dövlət televiziyasında göstərilən kadrlarda insanların kütləvi aksiyalarda Qəddafini dəstəklədikləri göstərilir.
Minlərlə insan paytaxt Manamanın mərkəzi meydanına toplaşıblar.

Bəhreyn sultanı Həməd bin Isa Əl Xəlifə çərşənbə axşamı xalqa müraciət edərək ölənlərin ailələrinə başsağlığı verib.

O, söz verib ki, istintaq ədalətli olacaq.

Sultan onu da vəd edib ki, ölkədə islahatlar aparacaq, mediaya və İnternetə qoyulan məhdudiyyətləri azaldacaq..

Daxili İşlər Naziri isə élan edib ki, 2 etirazçını öldürmüş polis əməkdaşları həbs edilib və istintaq gedir.

Etirazçılar baş nazir Şeyx Xəlifə bin Salman əl-Xəlifənin istefasına çağırıblar.

O, 40 ildir bu vəzifəni icra edir.

Bundan başqa etirazçılar siyasi məhbusların azad edilməsini, yeni iş yerlərinin yaradılmasını, real gücə malik parlamentin qurulmasını, yeni konstitusiyanın qəbul edilməsini tələb edirlər.

Etirazların kökündə həm də ölkə əhalisinin 70 faizini təşkil edən şiələrin narazılıqları dayanır.

Onlar deyirlər ki, çoxluq olmalarına baxmayaraq, dövlətin idarəçiliyi - azlıq olan sünnilərin əlindədir və şiələrə qarşı ayrı-seçkilik siyasəti aparılır.

Amerika dövlət departamentinin sözçüsü Filip Krouli bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG