Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:09
Nəqliyyat Nazirliyinin müvafiq strukturları, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal və dəmir yolları qeyri-sabit hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Yolların buz bağlamasını nəzərə alaraq bütün avtobuslar texniki baxışdan keçirilir, müvafiq normativlərə uyğun olan avtobuslar xəttə buraxılır. Yolların qar örtüyü ilə bağlanması ilə əlaqədar bəzi istiqamətlərdə avtobusların hərəkəti məhdudlaşdırılıb. Bakı-Qazax istiqamətində hərəkətin intensivliyi nəzərə alınaraq avtobusların sayı artırılıb.

Bu arada sinoptiklərin məlumatına görə, fevralın 17-də də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz müsbət 1-3 dərəcə təşkil edəcək.

Bölgələrdə isə hava yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG