Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:22

Ərzaq qiymətlərinin bahalanması sosial partlayışa səbəb olacaq


Misirdə insanlar ərzaq yardımı almağa çalışır
Misirdə insanlar ərzaq yardımı almağa çalışır
Bütün dünyada ərzaq qiymətləri o qədər bahalaşıb ki, artıq çox təhükəli səviyyələrə çatıb. Və bu da Yaxın Şərqdə və Orta Asiyada ciddi siyasi və social nəticələr verə bilər.

Bunu Dünya Bankının prezidenti Robert Zoellick deyib. Dünya Bankının ərzaq qiymətləri ilə bağlı son rəqəmlərini açıqlayanda.

Ərzaq qiymətləri ötən ildən bu ayana o qədər sürətlən bahalanıb ki, inkişaf etmək olan ölkələrdə yaşayan daha 44 milyon nəfər kasıblıq həddindən də aşağı yuvarlanıb.

Ötən ilin iyunundan bu yana xüsusən də taxıl, qarğıdalı, şəkər və bitki yağlarının qiymətləri sürətlə artıb.

Təkcə son 4 ayda qiymətlər 15 faiz artıb. Və 2008-ci ildəki ərzaq böhranı səviyyəsinə çatıb. Həmin il ərzaq qıtlığı bir çox ölkələrdə silahlı üsyanlara səbəb olmuşdu.

Zoellick deyib ki, bu qiymət artımı Tunis və Misirdəki inqilbların əsas səsəbkarı olmasa da, insanları cana yığan önəmli faktorlardan olub.

Dünya Bankının prezidenti fikirlərşir ki, qiymət artımları durmadan davam edir. Bu gedişlər baha ərzaq və insanların daha kasıblaşması Orta Asiyada da social və siyasi partlayışlara səbəb ola bilər.

Dünya Bankının son hesabatı Dünyanın ən çox inkişaf edən 20 dövlətinin – G 20-nin dövlət başçılarının sammitindən cəmi bir neçə gün öncə açıqlanıb. Amma Zoelick deyir ki, bu təsadüf deyil. Onlar istəyirlər ki, dünya liderləri bu cür riskləri nəzərə alsınlar, müzakirə eləsinlər və müəyyən tədbirlər görsünlər.

Məsələn, prezidentin fikrincə, ixrcatçı ölkələrdə xaricə satışların dyaandırılması tədbirlər qiymətləri lap qaldıra bilər. və bu isə vəziyyəti lap ağırlaşdıracaq.

Zoelick deyir ki, istənilən halda, bu məsələni həll eləmək üçün nəsə vahid bir resept yoxdur, kompleks tədbirlərə ehtiyac var.

Dünyada taxılın qiymətlərinin ən çox bahalandığı ölkələr arasında Azərbaycan da yer alır. Məsələn son 6 ayda taxılın qiyməti Qığızıstanda (54%), Tacikistanda (37%), Azərbaycanda (24%), Əfqanıstanda (19%), Pakistanda isə (16%) bahalanıb.

Zoelicklə eyni gündə Beynəlxalq Valyuta Fondunun (BVF) Bakıda səfərdə olan missiyasının rəhbəri Nadim İlahi də Azərbaycan rəhbərliyinə oxşar xəbərdarlıq edirdi. Deyirdi ki, ərzaq qiymətlərinin artması Azərbaycanda inflyasiyanın sürətli artımına səbəb olacaq. Və infyasiya bu il 10-fazi ola bilər və bu da yeni risklər yaradır.

Nadim İlahi deyirdi ki, bahalaşma yoxsul təbəqələr üçün əlavə ünvanlı sosial köçürmələrin ayrılmasını tələb edəcək. Üstəlik, iqtisadiyyatdakı pozuntuları aradan qaldırmaq və dövlət sektorunun effektliliyini artırmaq üçün kompleks tədbirlər həyata keçirilməlidir.

Ümumilikdə Dünya Bankının proqnozuna görə, və bu bahalanma isə daha da davam edə bilər. Çünki Avstraliyadakı təbii fəlakət, Rusiyada, ABŞ-da və başqa bir sıra ölkələrdəki quraqlıq və yanğınlar, və ya leysanlar məhsuldarlığı çox aşağı salır.
Zoelickin sözlərinə görə, vəziyyət o qədər ağırdır ki, bahalanma davam eləsə dünyanın bir çox yerlərində insanların artıq ac qalmaqdan başqa seçimi olmayacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG