Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:18

«Azərsu»ya yeni sədr gəldi



«Azərsu» Açıq Səhmdar Cəmiyyətinin yeni sədri Qorxmaz Hüseynovdur. Prezident İlham Əliyev fevralın 16-da bu haqda sərəncam imzalayıb.

Qorxmaz Hüseynovun buna qədər Dövlət Neft Şirkətində işlədiyi, sosial məsələlər üzrə vitse-prezident vəzifəsini daşıdığı deyilir.

Prezident iki gün öncə «Azərsu» rəhbəri Nizaməddin Rzayevi tutduğu vəzifədən azad edib. Amma işdən çıxarılmanın səbəbi sərəncamda göstərilməyib.
XS
SM
MD
LG