Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:38

TQDK Gəncə şəhərində zona müşavairəsi keçirib


Bu gün Gəncədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Gəncə, Qarabağ və Aran regionları üzrə 2010-2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirib.

Zona müşavirəsində TQDK-nın əməkdaşları,ekspertlər, eləcə də Gəncə, Ağcabədi, Ağdam, Bərdə, Daşkəsən, Füzuli, Goranboy, Göyçay, Kəlbəcər, Kürdəmir, Samux, Tərtər, Ucar, Mingəçevir, Naftalan, Yevlax və Laçın rayonlarının Təhsil Şöbələrinin rəhbərləri, orta məktəb direktorları və müəllimləri iştirak ediblər.

Tədbirdə çıxış edən TQDK sədri Məleykə Abbaszadə Gəncə şəhərinin təhsil səviyyəsi ilə bağlı məlumatları səsləndirib, bildirib ki, ötən il Gəncə şəhər orta ümumtəhsil məktəblərini 2780 şagird bitirib və onların da 2400 nəfəri attestat alıb. Attestat alanların 86,17 faizi (2068 nəfəri) qəbul imtihanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 737 məzunu (imtahanda iştirak edənlərin 35,64 faizi) tələbə adını qazanıb. Onların 35,01 faizi (258 nəfəri) dövlət, 0,41 faizi (3 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə , 59,97 faizi (442 nəfəri) dövlət, 4,61 faizi (34 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul orlunub.

Şəhər məzunlarının 159 nəfəri 500-dən, o cümlədən 38 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Gəncə Dövlət, Aqrar və Bakı Dövlət Universitetlərinə daxil olub. Onların qəbul imtihanlarında topladıqları orta bal 225,697-yə bərabər olub. Ümumilikdə şəhər abituriyentlərinin yalnız 30,95 faizi 300-dən yuxarı bal toplayıb. Qəbul imtahanlarında şəhərin 45 məktəbinin məzunları iştirak edib. Bu il şəhərin ən yaxşı məktəbləri sırasına 4,30,32 və 33 saylı təhsil ocaqlarının adları daxil olub.
XS
SM
MD
LG