Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:00
Fevralın 15-də ABŞ prezidenti Barak Obama keçirdiyi mətbuat konfransında deyib ki, hakimiyyətlər dəyişiklik arzulayan xalqlara imkan verməlidilər. O, iqtidarları dəyişiklik arzusunu dilə gətirənlərə qarşı zorakı davranmaqdan çəkinməyə çağırıb.

«Diktatur dilemması»


«Diktatur dilemması»ndan danışan dövlət katibi Hillari Klinton isə bildirib ki, İnternet azadlığına maneələr (istər texniki filterlər olsun, istər senzura, istərsə də online fikir və azad toplaşmaq azadlıqlarını gerçəkləşdirənlərə hücumlar) yaradan hakimiyyətlər sonda özlərini dalana dirəyəcəklər. Hillari Klintonun fikrincə, bu hakimiyyətlər «diktator dilemması» ilə üzləşəcəklər. O deyir: “ya sədlərin uçurulmasına imkan verməlisən, ya da həmin sədləri saxlamağın altını çəkməlisən».

«Hər bir xalq öz taleyinə cavabdehdir»


Müsavat Partiyasının başqanı İsa Qəmbər ərəb ölkələrindəki proseslərin və ABŞ-dan gələn mesajların cəmiyyətdə bir canlanma yaratdığını söyləyir. O, hətta partiyaya üzv yazılmaq istəyənlərin artdığını da əlavə edir. İsa Qəmbər deyir ki, Azərbaycanda informasiya, internet azadlığına menələr var, siyasi azadlıqlar boğulur və belə bir vaxtda Barak Obamanın son günlər insan hüquqları ilə bağlı ardıcıl mövqe göstərməsi yeni pozitiv dünya düzənindən xəbər verir. Amma Müsavat başqanının fikrincə, dəyişikliklər öz-özünə baş vermir və bunun üçün xalqın dəyişiklik istəməsi və bunu reallaşdırmağa can atması vacibdir:
- Hər bir xalq öz taleyinə cavabdehdir. Azərbaycan xalqı bu dəyişikliyi istəyirsə, bu dəyişikliyi ondan baqşa kimsə həyata keçirə bilməz. Belə bir əhval-ruhiyyə də hiss olunur ki, Tunisdə, Misirdə baş verənləri televizorda izləyiblər və indi Azərbaycanda da nəsə olacaq və onlar da oturub izləyəcəklər.

«Beynəlxalq ictimaiyyət öz mövqeyini göstərəcək»


İsa Qəmbər deyir ki, ABŞ-dan gələn mesajların arxasında ona da işarə vurulur ki, dəyişiklik istəyən xalqa qarşı zorakı davranış göstərən hakimyyət Amerikanın dəstəyini görməyəcək:
- Dəyişikliyin yiyəsi xalq olmalıdır. Toqquşmalar olmaması, avtoritar rejimlərin xalqa qarşı qəddarlıqa yol verməməsi artıq beynəlxalq birliyin iradəsindən asılı olan bir məsələdir. Əgər Azərbaycan xalqı öz iradəsini ortaya qoyacaqsa, bu prosesin dinc şəkildə davam etməsi üçün beynəlxalq ictimaiyyət öz mövqeyini ortaya qoyacaq.

«Azərbaycana bunun qətiyyən dəxli yoxdur
»

Amma YAP-dan olan millət vəkili Rəbiyyat Aslanova ABŞ-ın mesajlarını öz maraqlarına, mənafeyinə uyğun yeni dünya qurmaq və insan hüquqları adı altında başqa ölkələrin daxili işinə qarışmaq cəhdi kimi qiymətləndirir. Rəbiyyət Aslanova deyir ki, Azərbaycan demokratik ölkə kimi söz və siyasi azadlıqlara öz Konstitusiyasında yer ayırıb. Əlkə vətəndaşı da bu hüquqlarından istifadə edir:
- Bunun üçün Obamanın, başqa bir dövlətin , super dövlət olsa belə, başçısının mənə göstəriş verməsinə heç ehtiyac yoxdur. Şərq ölkələri üçün deyilibsə, totalitar rejimlər üçün deyilibsə, onlar da nəticə çıxarsınlar. Azərbaycana bunun qətiyyən dəxli yoxdur. “

Bəzi beynəlxalq təşkilatların siyahısında Azərbaycan avtoritar ölkə kimi xarakterizə olunur, bu imic Azərbaycanı da «dəyişiklik arzulayan xalqlar» siyahısına salmırmı?
Xarici qurumlara təzim psixolojiyasından qurtulmağın vacibliyindən danışan Rəbiyyət Aslanova deyir ki, ölkə haqqında bu cür imic yaratmaq istəyən təşkilatlar qərəzli və qeyri-obyektivdirlər. O, hətta ATƏT-in müşahidə missiyasının son parlament seçkisi ilə bağlı hesabatını da (hesabatda ölkədə keçirilən seçkinin demokratik ənənələrdən uzaq olduğu bildirilir-SA) tənqid edir ki, bu cür beynəlxalq təşkilatlar öz mövqeləri ilə siyasi səhnədə nüfuzlarını itirirlər:
- Bu cür hesabatlar Azərbaycan vətəndaşlarının hüquqlarını pozur. Çünki vətəndaş seçkiyə gəlir, seçimini edir. İstəmirsə, gəlməsin də.

«Bu siyasət davmalı olarsa...»

ReAL hərəkatının həmtəsisçisi Erkin Qədirli isə deyir ki, Azərbaycanda insan hüquqları və iqtisadi baxımdan vəziyyət ürəkaçan deyil. Amma ABŞ-ın maraqlarına uyğun strateji siyasətə, sabitliyə sahibdir. Onun fikrincə, əgər ABŞ-ın xarici siyasətində bu xətt davamlı olacaqsa, Azərbaycan hakimyyəti də sərt mövqe ilə üzləşə bilər. Amma Erkin Qədirli hələlik bunun əlamətlərini görmür.

Azərbaycanda internet maneələri...


Bəzi mütəxəssislər Klintonun internet azadlığına sadaladığı maneələrlə bağlı Azərbaycanda paralellər axtarmağa çalışıblar. Məsələn, internetdə trafikinq problemi və xidmətin bahalığını önə çəkən mütəxəssislər o cümlədən, hakimyyətin arzu etmədiyi saytlara texniki filtir qoyduğunu iddia edirlər. Yerli mətbuat yazır ki, susmayaq.biz, tinsöhbeti.com, eqreb.net, realazer. com. kimi hakimiyyəti tənqid edən saytlara senzura tətbiq edildi. Bəzi müxalifyönlü qəzetlər bu günlərdə narkotik gəzdirməkdə ittiham edilən gənc fəal Cabbar Savalanlının da facebook. şəbəkəsində adamları etiraz aksiyasına çağırdığı üçün tutulduğunu güman edir.

Şərhləri göstər

XS
SM
MD
LG