Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:50

İranın baş prokuroru müxalifət liderlərini cəzalandırmağa çağırıb


İranın baş prokuroru ötən bazar ertəsi ölkədə keçirilən aksiyanın təşkilatçıları Mir Hossein Mousavi və Mehdi Karroubini məsuliyyətə cəlb etməyə çağırıb.

Hakimiyyət isə cümə günü müxalifət hərəkatına qarşı ölkədə nümayiş keçirməyə çağırıb.

Bu gün Tehranda ötən bazar ertəsi keçirilmiş etiraz aksiyası zamanı ölmüş 2 nəfərdən birinin dəfnində hökumət və müxalifət tərəfdarları arasında toqquşma baş verib.

İran müxalifəti ötən bazar ertəsi Tehranda Tunis və Misirdəki aksiyalara dəstək olaraq aksiya keçirib.
XS
SM
MD
LG