Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:35
Fevralın 16-da Sumqayıt Apelyasiya Məhkəməsi AXCP fəalı Cabbar Savalanla bağlı qərarı qüvvədə saxlayıb. Onun məhkəmə qərarından şikayətini təmin etməyib.

Buna etiraz olaraq AXCP-çi gənclər məhkəmə binası qarşısında dövlət himnini oxumağa başlayıblar. Sumqayıt polisinin əməkdaşları ondan artıq AXCP fəalı, eləcə də Cabbar Savalanın bir neçə qohumu saxlayıb.

Bu haqda AzadlıqRadiosuna Cabbar Savalanın Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Əbülfəz Qurbanlı məlumat verib.

«Himni oxumağa başlayan kimi yüzədək Sumqayıt polisi üstümüzə gəldi. Bizə kobudluq etdilər. Maşına mindirdilər bizi. Eyni zamanda, RATİ-nin əməkdaşına kobudluq oldu. Jurnalist Elçin Həsənova qarşı xüsusi kobudluq olub, onu döyüblər. Elçinin vəziyyəti yaxşı deyil. İndi Sumqayıt dördüncü polis bölməsinin qarşısındayıq».

Cabbar Savalan narkotik saxlamada ittiham olunur. Onun haqqında məhkəmə iki aylıq həbs qəti imkan tədbiri seçib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə AXCP fəalları və Cabbar Savalanın qohumlarının ictimai asayişi pozmaq istədiklərini deyir.
«Onlar dövlət himnini oxumağı bəhanə edib əslində asayişi pozmaq, əhalinin gediş- gəlişinin, hərəkət intensivliyinin gur və nəqliyyatın sıx olduğu bir yerdə ictimai diqqəti özlərinə cəlb etmək istəyiblər. Bu zaman polisin dağılmaq barədə xəbərdarlığına da məhəl qoymayıblar. Buna görə də 7 nəfər saxlanıb».

Orxan Mansurzadənin sözlərinə görə, saxlanılanlara xəbərdarlıq edildikdən sonra onlar buraxılıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG