Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:49

ABŞ Pakistanda həbs olunmuş vətəndaşını özü mühakimə etmək istəyir


Əgər Pakistan hakimiyyəti adam öldürməkdə şübhəli bilinən ABŞ vətəndaşını azad etsə, o Birləşmiş Ştatlarda mühakimə olunacaq.

Bunu İslamabadda ABŞ senatındakı beynəlxalq münasibətlər komitəsinin rəhbəri Jhon Kerry deyib.

O, Loharda baş vermiş insidentdə iki pakistanlının ölümündən təəssüf bildirib.
Amma qeyd edib ki, ABŞ konsulluğunun əməkdaşı Raymond Davisin diplomat toxunulmazlığı olduğundan o azad edilməlidir.

Həmçinin ABŞ prezidenti Barak Obama bəyan edib ki, Pakistan onun diplomat toxunulmazlığına hörmət etməlidir.

Yanvarın 27-də Loharda 2 pakistan vətəndaşını güllələyən Reymond Deyvis hazırda Pakistanda həbsdədir.

Özünün dediyinə görə, motosiklda olan iki nəfər onu soymaq istəyirmişlər və o üzünümüdafiə məqsədilə atəş açıb.

Amma Pakistan polisi hesab edir ki, Deyvis özünümüdafiə çərçivəsində hərəkət eləməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG