Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:31

Norveç İnsan Haqları Evi Ramil Usubova müraciət edib


Fevralın 16-da Norveç İnsan Haqları Evi və bir qrup hüquq müdafiə təşkilatları Daxili İşlər naziri Ramil Usubova müraciət ünvanlayıb.

Müraciət fevralın 11-də əvvəl özünü sahə müvəkkili kimi təqdim edən Zamir Kazımovun heç bir yazılı göstəriş, qərar təqdim etmədən Norveç İnsan Haqları Evində araşdırma aparması ilə əlaqədardır.

Müraciətdə deyilir:

«Polis zabiti Z. Kazımovun heç bir rəsmi qərar təqdim etmədən ofisdə araşdırma aparması, işçiləri qanuni səbəb göstərmədən sorğu-suala çəkməsi, işçilərin şəxsi bilgilərini tələb etməsi, bizi təşkilatın fəaliyyətinə imkan verməyəcəyi ilə hədələməsi, habelə təşkilatın yerləşdiyi mənzilin sahibini də hədələyəcəyi ilə qorxutması Azərbaycan Respublikası Konstitusiyasında, onun Qanunlarında, habelə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hüquq və azadlıqları pozur».

Ramil Usubovdan xahiş olunur ki, bu fakt araşdırılsın, zəruri addımların atılması təmin edilsin.

Norveç İnsan Haqları Evi Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərir. Həmin ildən Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Hüquq müdafiə təşkilatları üçün resurs mərkəzi rolu oynayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG