Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:08

İqtisadçılar korrupsiya ilə mübarizəni «görüntü» sayırlar


Rövşən Ağayev
Rövşən Ağayev
«Korrupsiyaya qarşı başlanan kampaniya səmimi deyil».

AzadlıqRadiosunun «İşdən sonra» proqramında hökumətin antikorrupsiya addımlarını şərh edən iqtisadçı Rövşən Ağayev belə düşünür.

«Azərbaycanda indiyə qədər - son prezident dəyişikliyindən sonra 2 dəfə korrupsiya ilə bağlı proqram qəbul olunub. Bu sənədlərin hər birində korrupsiya ilə sistemli mübarizə üçün kifayət qədər hüquqi əsaslar olub. Müəyyən mexanizmlər təklif olunub. Azərbaycanın adı beynəlxalq korrupsiya reytinqlərində həmişə biabırçı nöqtələrdə qərarlaşıb. Nədən bu heç zaman hakimiyyəti, hökuməti, indi korrupsiya əleyhinə mübarizə kampaniyası başlayan o rəsmiləri narahat etməyib?».

Ekspert hesab edir ki, hökumətin bu addımları Yaxın Şərqdə baş verən inqilablarla bağlıdır.

İqtisadçı Natiq Cəfərli isə bildirir ki, bu ictimaiyyəti aldatmaq məqsədi daşıyır. O bütün bunları şou adlandırır:

«Ümumiyyətlə, korrupsiyaya qarşı mübarizə getmir. Gərək, ictimaiyyət özünü aldatmasın. Çünki korrupsiyaya qarşı mübarizə sistemli və struktur dəyişikliklərindən sonra başlayır. Əvvəlcə müəyyən struktur islahatları gedəydi, ondan sonra korrupsiyanın ləğv olunması və yaxud da azaldılması uğrunda kampaniyadan danışmaq olardı».

KORRUPSİYA İLƏ MÜBARİZƏ ALİ RANQLI ŞƏXSLƏRDƏN BAŞLAMIRSA, DEMƏLİ BU, GÖRÜNTÜDÜR

Natiq Cəfərli
Natiq Cəfərlinin fikrincə, bu kampaniyada müsbət və yaddaqalan cəhət o oldu ki,
hökumət bu problemlərin olmasını etiraf etdi.

Ekspertlər hesab edirlər ki, hansı qanun ki, insanlara əziyyət verir onlar korrupsiyaya yol açır. İnsanların rahatlığı və korrupsiyanın azalması üçün bu qanunlara düzəlişlər edilməlidir. Bundan başqa, qanuna uyğun olaraq dövlət məmurlarının hamısı deklarasiya verməlidirlər.

İşdən çıxarılmalara da toxunan ekspertlər bunu kampaniyaya uyğun bir görüntü hesab edirlər. Rövşən Ağayev deyir ki, bunlar korrupsiya şəbəkəsini yaradan şəxslər deyil:

«İşdən çıxarılanlar korrupsiya piramidasının başında oturan və korrupsiya şəbəkəsini yaradan şəxslər deyil. Sinqapurun keçmiş lideri də deyirdi ki, korrupsiya ilə mübarizə onu yaradan şəxslərdən, ali ranqlı şəxslərdən başlamırsa, deməli bu, görüntüdür...».

XS
SM
MD
LG