Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:05

Nardaranlılar düşünür ki, məmurlar prezidenti aldadırlar...


Kənd Ağsaqqallar Şurasının sədri məşədi Natiq Kərimov
Fevralın 16-da Nardaranda polis müdaxiləsi olmadan daha bir aksiya keçirildi. Əvvəlki kimi mitinq qəsəbənin mərkəzindəki İmam Hüseyn Meydanında keçirilirdi. Aksiyada əvvəlcə qaz-işıq problemlərindən, işsizlikdən danışılsa da, sonradan saxta seçkilər, korrupsiya ilə mübarizənin vacibliyi də önə çəkildi.

«BİZ QƏTİ SÖZÜMÜZÜ DEYƏCƏYİK»

Kənd Ağsaqqallar Şurasının sədri məşədi Natiq Kərimov bildirdi ki, Nardaranda iqtisadi durum dözülməzdir və bunun həm obyektiv, həm də subyektiv səbəbləri var:

«Təzə transformatorlar, sayğaclar qoydular – bunların hamısını biz görürük, burda müəyyən işlər gedir, bunun böyük söhbəti var. Allah deyən olsun, hesab-kitab ortalığa gələndə dəqiqliyi ilə söhbət edəcəyik. Hökumət korrupsiya ilə nə dərəcə mübarizə aparacaq biz onu da görəcəyik və böyük mitinqə hazırlaşmaq məsələsi olacaq burada və biz qəti sözümüzü deyəcəyik».

Aksiyada deyildi ki, nardaranlı olduqlarına görə uşaqları işdən çıxarırlar, korrupsiya ilə mübarizədən danışırlar, ancaq korrupsiya kənddə baş alıb-gedir:

«DEPUTAT SUSURSA, VƏTƏNDAŞ DANIŞMAĞA MƏCBURDUR»


Nardaranda aksiya, 16 fevral 2011
- «Deyirəm qazı ver, sayğacları bağlatdırım yerinə. Sayğacı bağlatdırıram qazın «xodunu» alırlar. Ələ salıblar. Bir sözlə, qazı bu gün verirlər, sonra «xodunu» alırlar. Siz bəyəm bizə qaz vermisiz, pul istəyirsiz?»

- «İş yeri yoxdur. Rüşvət, korrupsiya, özbaşınalıq baş alıb gedir. Söz azadlığına görə, fikrini ifadə edən hər bir şəxs üçün Azərbaycanda həbs olunmaq təhlükəsi daha realdır. Bu yaşanan problemlər saxta seçkilərin təzahürüdür. Bu il seçilən deputat parlamentdə hələ də susur, danışmır. Deputat danışmadığı müddətdə sözsüz ki, vətəndaş danışmaq məcburdur».

- «Biz görmüşük ki, qiymət artanda, insanlar varlanır. Varlanırsınızsa bu insanlara imkan yaradın ki, heç olmasa normal yaşasın. Sabah sizin üstünüzə qalxmasınlar. Mən belə hesab edirəm ki, bütün məmurlar prezidenti aldadır».

Aksiya iştirakçıları bildirdilər ki, tələbləri nəzərə alınmasa, hər cümə aksiya keçirməyə qərarlıdırlar. Üstəlik, bu aksiyaya Azərbaycan rayonlarından da adamlar dəvət edəcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG