Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:42

Etik davranış qaydalarını pozan dövlət qurumlarının adı açıqlanıb


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2010-cu ildə etik davranış qaydalarını pozmuş dövlət qurumlarının adlarını açıqlayıb.

Komissiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, vətəndaşlar tərəfindən 5 müraciət daxil olub. Həmin müraciətlərdən ikisi əsassız olub, biri üzrə hazırda araşdırılma aparılır, ikisi isə təmin olunub.

9 dövlət orqanının etik davranış qaydalarını pozan 242 əməkdaşına intizam tənbehi tətbiq olunub, 3 dövlət orqanında isə 14 əməkdaşın dövlət qulluğuna xitam verilib.

Məlumata görə, İqtisadi İnkişaf Nazirliyində 13, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 7, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 2, Kənd Təsərrüfatı Nazirliyində 2, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 1, Sənaye və Energetika Nazirliyində 1, Dövlət Statistika Komitəsində 23, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 170, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində 23 dövlət qulluqçusuna intizam tənbehi tətbiq olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG