Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:57
“Biz düşünürük ki, İnternet azadlığına maneələr (istər texniki filterlər olsun, istər senzura, istərsə də on-line fikir və azad toplaşmaq azadlıqlarını gerçəkləşdirənlərə hücumlar) yaradan hakimiyyətlər sonda özlərini dalana dirəyəcəklər.

Onlar "diktator dilemması" ilə üzləşəcəklər: Ya sədlərin uçurulmasına imkan verməlisən, ya da həmin sədləri saxlamağın altını çəkməlisən”.

Bunu Corc Vaşinqton Universitetində çıxış edən ABŞ dövlət katibi Hillari Klinton deyib.

Klinton bildirib ki, Tunisin keçmiş rəhbəri Ben Əli də “diktator dilemması” ilə üz-üzə qalanda səhv seçim etmişdi.

ABŞ dövlət katibi deyib ki, inqilabdan əvvəl Tunisdə İnternet senzurası hazırda İran və Çində mövcud olan səviyyədə idi.

Onun sözlərinə görə, Tunis hakimiyyəti nə qədər çalışsa da, həmin senzuranı qoruyub saxlaya bilmədi və sonda İnternet inqilabın koordinasiya vasitəsinə çevrildi.

Klinton hökumətləri İnternet azadlığını məhdudlaşdırmamağa çağırıb.

O etiraf edib ki, İnternet hər bir yenilik kimi özüylə problemlər də gətirib. Məsələn, terrorçular, insan alverçiləri, beynəlxalq cinayətkar şəbəkələri bundan öz məqsədləri üçün istifadə etməyə çalışırlar.

Amma Klinton deyir ki, İnternetin faydası bununla müqayisədə daha çoxdur.

ABŞ dövlət katibi hakimiyyətləri İnternetin gətirdiyi problemlərlə mübarizə aparmaq adı altında İnternet azadlığını məhdudlaşdırmaq cəhdlərindən çəkinməyə də çağırıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG