Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:37

«Bülbül» kafesindəki partlayışın səbəbi açıqlandı


Ötən gecə Bibiheybətdəki «Bülbül» kafesində partlayış qaz balonunun nasazlığı ilə bağlıdır.

Bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata əsasən, «qəsəbə sakini Gülmirə Heydərovaya məxsus kafedə məişətdə istifadə edilən qaz balonunun nasazlığından yanğına keçən partlayış baş verib».

Nəticədə kafenin qapı və pəncərə çərçivələri dağılıb, 30 kv m. sahədə yanar konstruksiyalar və əşyalar yanıb, 3 nəfər xəsarət alıb. Həmin şəxslər xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Fevralın 16-da çıxan bir sıra yerli qəzetlər isə partlayışın qazdan törənməsi versiyasına şübhə ilə yanaşırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG