Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:45

JMK: Əliyevin avtoritar hökuməti həbslər və cəzasızlıq atmosferindən istifadə edib



Prezident İlham Əliyevin avtoritar hökuməti müstəqil jurnalistləri susdurmaq üçün həbslər və cəzasızlıq atmosferindən istifadə edib.

Jurnalistləri Müdafiə Komitəsinin 2010-cu ildə dünya ölkələrində mətbuata hücumlarla bağlı hesabatının Azərbaycana aid hissəsində belə deyilir.

Hesabatda ötən ilin əsas hadisələri kimi Avropa Məhkəməsinin Eynulla Fətullayevin azad edilməsi haqda qərar çıxarmasına baxmayaraq, hökumətin onu həbsdə saxlamağa davam etməsi və mühüm məlumatların veb səhifələrdə yerləşdirildiyi zaman xəbər saytlarına blok qoyması qeyd edilir.

Sənəddə deyilir ki, Eynulla Fətullayevin bəyanatını nəşr etdikdən sonra dörd jurnalist təhlükəsizlik xidməti orqanlarının işçiləri tərəfindən sorğu-sual edilib.

JMK bildirir ki, prezident İlham Əliyevin avtoritar hökuməti müstəqil jurnalistləri susdurmaq üçün həbslər və cəzasızlıq atmosferindən istifadə edib: “Strateji əhəmiyyətə malik Xəzəryanı dövlətin prezidenti vəzifəsinə atasından sonra gəlmiş Əliyev ölkənin zəngin neft və qaz ehtiyatlarından Rusiya və Türkiyə kimi ənənəvi tərəfdaşlar, Avropa Birliyi və Birləşmiş Ştatlar kimi yeni müttəfiqlər arasında maraqların toqquşması üçün istifadə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG