Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:54

20-dən artıq QHT prezident İlham Əliyevə müraciət edib


Azərbaycanın 20-dən artıq tanınmış QHT rəsmisi prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə ictimai birliklərin rəhbərləri Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün mövcud mühitin daha da yaxşılaşdırılmasını xahiş edirlər.

Qeyd olunur ki, 2007-ci ildən başlayaraq kommersiya məqsədli hüquqi şəxslərin dövlət qeydiyyatı «vahid pəncərə» prinsipi üzərində qurulub:

«Qeyri-hökumət təşkilatlarının da bu prinsipə əsaslanan qeydiyyatı vətəndaş cəmiyyətinin inkişafı üçün yeni təşəbbüslərin reallaşmasında mühüm rol oynaya bilər».

Həmçinin deyilir ki, qrantların qeydiyyatı sistemində də təkmilləşdirilmələrə ciddi ehtiyac duyulur. 2010-cu ildən tətbiqi başlayan və beynəlxalq standartlara əsaslanan QHT-lərin maliyyə hesabatlılığı sistemi ciddi problemlər doğurmaqdadır. Problemlər onunla əlaqəlidir ki, hesabat formaları çox mürəkkəbdir.

Prezidentə müraciəti Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, «Konstitusiya Araşdırmaları» Fondu, İctimai Vəsaitin Monitorinqi Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası, Media Hüququ İnstitutu da daxil olmaqla 21 QHT təmsilçisi imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG