Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:53

Xalqların dəyişiklik arzuları nəzərə alınmalıdır



Yaxın Şərqdəki iqtidarlar öz xalqlarının dəyişiklik arzularını nəzərə almalı, dinc yolla bu imkanı onlara verməlidirlər. ABŞ Prezidenti Barak Obama fevralın 15-də Washingtonda keçirdiyi mətbuat konfransında belə deyib.

Obama deyib ki, hamıya aydındır ki, regiondakı gənc, daha fəal nəsil daha çox azadlıq istəyir. ABŞ isə Misirdəki etirazların İran, Bəhreyn, Yəmən və başqa yerlərə yayılmasının, bu etirazlara veriləcək cavabın regionun sabitliyinə təsirindən narahatdır.

Ona görə də Barak Obama bu etirazalara qarşı zordan istifadə edilməməsinə çağırıb. ABŞ prezidentinin fikrincə, xalqın səsinə qulaq verməyənlər nəticədə keçmişin bir parçası ola bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG