Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:17


HƏLƏ SEVİNMƏK TEZDİR?

"Yəni, doğrudanmı daha yol polisi rüşvət almayacaq?" İndi Bakıda maşın sürənlər arasında ən dəbdə olan sual budur. Mütəxəssislərdən bu suala sürücülərin qanını qaraladan cavab var: “hələ sevinməyə tələsməyin!”

“Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların kommentariyası” adlı kitabının müəllifi olan Ərşad Hüseynovun bu suala cavabına keçməzdən əvvəl məsələnin məğzini qısaca qeyd edim.

Yanvarın son günlərində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev prezidentin tapşırığı ilə nazirləri toplayıb “ölkədə rüşvət və korrupsiyanın kökü ləsilir” deyəndən bu yana Bakıdakı sürücülər yol polisi əməkdaşlarına rüşvət verməyin çətinləşdiyini deyirlər.

Bu iclasdan sonra prezident “kimdən rüşvət istənir, mənə yazsın” məzmununda bir müraciət elədi. Ardınca da fevralın 14-də yol polisi əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və onların işlərinə nəzarətin gücləndirilməsinə dair sərəncam verdi.

Sərəncama görə bundan sonra yol xətalarından yığılan cərimələrin hər dörd manatından biri yol polisi əməkdaşlarının maaşına əlavə kimi ödənəcək. Cərimələr isə daha nəğd şəkildə yol polisi əməkdaşına deyil, banka ödənəcək. Amma Nazirlər kabineti onların işlərinə nəzarəti gücləndirməlidir.

Hüquqşünas Ərşad Hüseynova görə isə bu sərəncamda nə sürücüləri, nə yol polisi əməkdaşlarını sevindirəcək bir şey yoxdur.

NİYƏ?


Hüquqşünasın cavabı:

“Belə bir fərmanın verilməsi özlüyündə Yol Patrul Xidməti (YPX) əməkdaşlarının fəaliyyətinin nizamlanması istiqamətində müsbət haldır.

Mən bunu alqışlayıram. Axır ki dövlət bu istiqamətdə nə isə ciddi bir şey etmək istəyir. Amma əgər biz polisin sosial vəziyyətini yaxşılaşdırmaq istəyiriksə, bunu onun yığdığı cərimələrin məbləğinə bağlamaq uğurlu variant deyil.

Bir ildə Azərbaycanda 1 milyona yaxın cərimə qeydə alınır. Orta hesabla hər bir cəriməyə 30 manat ödənilsə bu ilə 30 milyon manat edir. Bunun da 25 faizi təxminən 7, 5 milyon manatdır, bu isə maaşdan əlavə yol polislərinə 200-250 manat pul verilməsi deməkdir. Hazırda Yol Patrul xidməti əməkdaşlarının aylıq maaşı 350 manatdan 800 manata qədərdir.

Bundan sonra, faiz marağı olduğundan polislər başlayacaqlar ən yuxarı cəriməni tətbiq etməyə ki, faiz daha yuxarı olsun. Bundan başqa, götürək elə 151.5 maddəsini, (yol nəqliyyat hadisələri zamanı maddi ziyan vurulması və insan sağlamlığına yüngül zərərvurma) burda sürücülük hüququnun məhdudlaşdırılması və pul cəriməsi var. Təbbi ki, bu zaman polis pul cəriməsinə üstünlük verəcək”.

Ərşad Hüseynov deyir ki, Azərbaycanın tətbiq eləməyə hazırlaşdığı bu qaydalardan əksər ölkələrdə çoxdan imtina edilib.

YOL POLİSİ SƏRƏNCAM ŞƏRH ELƏMİR

Dövlət Yol Polisində isə hələki prezidentin sərəncamına hər hansı şərh vermək istəmirlər. Bizimlə söhbətdə yol polisinin rəsmiləri dedilər ki, sənədin icrasına başlanandan sonra bəkHesab edilər ki, yalnız fərmandan irəli gələn məsələlər öz həllini tapandan sonra bəlkə, onun gedişi barədə məlumatlar verə bilərlər.

Mövzunu daha ətraflı burada dinləyin:

Şərhləri göstər

XS
SM
MD
LG