Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:48

İşdən çıxarılanların günahı nədir?



«BƏZİLƏRİ TƏLAŞ KEÇİRİR»


«Yaxın günlərdə ən yüksək məmurlar bahalı kreslolarını, kabinetləri itirməli olacaqdlar. Bəsdir. Azərbaycanda bu məsələ artıq yetişib. Cənab prezident bu insanlara xəbərdarlıq etmişdi. Dəfələrlə icra başçılarına, inzibati orqanlara, məhkəmələrə, məmuralra xəbərdarlıq etmişdi. Başa düşmədilərmi? Hakimiyyətin başqa yolları, başqa üsulları var. Hamı bilir ünvan kimdir. Bəziləri artıq təlaş keiçrir».

Bunu fevralın 14-də AzadlıqRadiosuna açıqlamasında Yeni Azərbaycan Partiyasının üzvü, deputat Yevda Abramov demişdi. O yüksək dairələrdə antikorrupsiya planları, mexanizmləri hazırlandığını da söyləmişdi.

Bu müsahibədən bir qədər sonra məlum oldu ki, «Azərsu» Açıq Səhmdar Cəmiyyətinn sədri Nizaməddin Rzayev və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Nazim Ələkbərov işdən çıxarılıb.

BAŞLANDIMI?

Yaxın günlərdə daha böyük fiqurların uzaqlaşdırılması gözlənə bilərmi? Beləliklə, Yevda Abramovun dediyi kimi «ən yüksək məmurların kreslolarını itirmlərinə» «başlandı» demək olarmı?

Hərçənd ekspertlər Nizaməddin Rzayevlə Nazim Ələkbərovu antikorrupsiya mübarizəsinin qurbanı kimi qələmə verməkdən çəkinirlər.
Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev:

«LAP YUXARILARA ÇIXSALAR BİR ÇOX SXEMLƏR DƏYİŞİLMƏLİDİR»

- Əvvəla bunları nə adla işdən götürüblər demirlər axı. Desəydilər korrupsiyaya görədir, deyərdik doğrudan da bu mübarizə başlanıb. Nəyə görə çıxarıblar, Allah bilir. Böyük fiqurlara əlbəttə dəyməyəcəklər. Bunlar hamısı bir-biriylə bağlıdır. Yəqin ki, orta səviyyədə nəsə olar. Lap yuxarılara çıxsalar bir çox sxemlər dəyişməlidir. Ona birdən-birə getmək olmaz. Yavaş-yavaş eləmək olar.

- «Sxemlər pozular» deyəndə nəyi nəzərdə tuturduz? Korrupsiya və monopoliya sxemlərini?
- Hə. Elə monopoliya özü böyük məsələdir. Misal üçün böyük layihələr tikilir, bu məqsədlə büdcədən milyardlar ayrılır. Tenderi də həmişə iki şirkət udur. Onların da «krışa»sı var. Böyük korrupsiya ordadır.

Oqtay Haqverdiyevə görə, ölkədə fərqli proses başlayıb. O hansı dərinliklərə qədər gedəcək demək çətindir. Amma iqtisadçı deyir ki, Azərbaycanda «qeyri-rəsmi korrupsiya sistem»i yaranıb və dövlətin təhlükəsizliyi zərbə altına düşə bilər. Buna görə də proses tədricən də olsa getməlidir. Özü də paralel şəkildə. Həm cızığı keçmiş fiqurlar kənarlaşdırılmalıdır, həm də sistemli mübarizə aparlımalıdır.

«TƏQSİRLƏRİ VAR, ÇIXARIBLAR»

Bakıda sıravi sakinlərsə bu kadr dəyişmələrinə bəzən etinasız, bəzən də ümidlə yanaşırlar. 50 yaşlı Bədəl Əliyev həmin məmurların işdən çıxarılmasını haqlı sayır. Onun fikirincə bu təsirsiz qalmayacaq:
- Təqsirləri var ki, çıxarıblar. Yaxşıdı. Yavaş-yavaş təsiri olar. Bu gün birini çıxardarlar düzələr, sabah o birini.
Ancaq buna şübhə ilə yanaşanlar da var. Elə Fariz Məmmədov kimi:
- Bilmirəm vallah. Təsiri ola da bilər, olmaya da.
Baş verənlərə seyriçi qalanlar da az deyil:
- Fəhlə adamam, bilmirəm. Hökumət bilər.
- Yəqin ki olmalıdır. Olmalıdır. Hökmən olmalıdır.

«CİNAYƏT İŞİ BAŞLAMALIYDI»

Bəzi sıravi vətəndaşlardan fərqli olaraq İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev antikorrupsiya mübarizəsinə ümidlə yanaşmır.

Ekspert diqqəti ona yönəldir ki, hər iki məmurun nəyə görə işdən uzaqlaşdırıldığı bəlli deyil. Rəsmi sənədlərdə hər hansı işarə yoxdur ki, onlar işdəki nöqsanlara görə uzaqlaşdırılıblar.

«Belə bir qeyd olardısa cinayət işi başlanmalıydı» deyir həmsöhbətim.
Azər Mehtiyev bunu da qeyd edir ki, «Azərsu» rəhbərinin işdən çıxarlıması haqda söz-söhbət az qala yarım ildi gəzirdi.

«BUNA GETSƏLƏR DEMƏK MÜBARİZƏ BAŞLAYACAQ»

Azər Mehtiyevin sözlərinə görə, indiki proses görüntüdür, bir az da beynəlxalq qurumların hesabatlarına düşməkdən və statistikadan başqa bir şey deyil. «Kimlərinsə işdən çıxarlıması korrupsiya ilə mübarizə deyil. Mübraizə instiutsional xarakter daşımalıdır» söyləyir.

«Sinqapurda Li Kuan Yu korrupsiya əleyhinə mübarizəyə başlayanda onun silahdaşı özünü öldürənlərdən biri oldu. O özəlləşdirmə zamanı komitə sədrinə pul verib iş görmək istəmişdi. Bunun üstü açılanda o intihar etdi. Baş nazirini ən yaxın adam idi. Amma özünü öldürdü. Azərbaycan buna hazırdımı? Mənim də sualım budur. Ona gedə bilərlərsə, demək korrupsiya ilə mübarizə başlayacaq».

Ötən həftə dövlət başçısı korrupsiya ilə mübarizədən danışıb və vətəndsaşlara müraciət edib ki, bu haqda dərhal rəsmi qurumlara yazsınlar.
XS
SM
MD
LG