Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:29

Yəməndə gənclər prezident sarayına yürüş edib


Yəməndə yüzlərlə gəncə fevralın 15-də Prezident sarayına yürüş edib, prezident Ali Abdullah Salehin istefasını tələb ediblər.

Etirazçıların böyük bir qismi isə Sanaa Universitində 4-cü gündür ki aksiyalarını davam etdirirlər, 32 ildir ölkəyə rəhbərlik edən president və komandasının getməsini tələb edir, Misir və Tunis xalqıyla həmrəylik çüarları səsləndirirlər.

FransPress agentliyi xəbər verir ki, paytaxt Sanaa-da hökumət tərəfdarları da dəyənəklərlə dəsətk aksiyası keçiriblər, tərəflər arasındakı toqquşmalarda 3 nəfər yaralanıb. BAzar ertəsi digər şəhərlərdə bənzər toqquşmalar zamanı yaralananlar olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG