Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:24

Obama müharibə xərclərini kəsib diplomatiya büdcəsini artırır


ABŞ-ın 2012-ci ilə dair dövlət büdcəsi layihəsi, 14 fevral 2011
ABŞ-ın 2012-ci ilə dair dövlət büdcəsi layihəsi, 14 fevral 2011
ABŞ-IN GƏLƏN İLƏ 3.7 TRİLYON DOLLARLIQ DÖVLƏT BÜDCƏSİ

ABŞ prezidenti Barak Obama 2012-ci ilə dair dövlət büdcəsi layihəsini Konqresə təqdim edib. Ümumi həcmi 3.7 trilyon dollar olan bu büdcə layihəsində xərclərin azaldılması və vergilərin artırılması hesabına büdcə kəsirinin gələn il indiki 1.6 trilyon dollardan 1.1 trilyon dollara endirilməsi nəzərdə tutulur.

Prezident bildirib ki, birinci prezidentlik müddətinin sonuna qədər büdcə kəsirinin yarıya qədər azaldılacağına söz verib. Indi təqdim edilən büdcə layihəsi də həmin vədin həyata keçirilməsini təmin edir.

DÖVLƏT DEPARTAMENTİNİN BÜDCƏSİ 1 FAİZ ARTIR

Layihədə Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyinin əsas işlərinin maliyyələşdirilməsinə əvvəlki ildən 1 faiz çox – 47 milyard dollar ayrılması nəzərdə tutulur.

Amma buraya Sülh Korpusu və və xarici yayımlar üçün nəzərdə tutulan 4 milyard dollar daxil deyil.

İraqda əsgərlərin sayı azaldığından Müdafiə Nazirliyinin İraqla bağlı xərcləri 40 milyard dollara qədər azaldılaraq 10 milyard dollara endirilir. Əksinə, Dövlət Departamentinin İraq xərcləri artırılaraq 5.2 milyard dollara çatdırılıb.

Dövlət Katibi Hillari Klinton bildirib ki, İraqda hərbçilərdən alınan 400-ə qədər missiyanın həyata keçirilməsinə əlavə fond lazımdır:

- Biz İraq hökuməti ilə işləyən mülki missiyanın fəaliyyətinə əlavə 4 milyard dollar istəmişik. Bizim hərbi formada olan kişi və xanımlarımızın, eləcə də İraqlıların özlərinin bu ölkənin demokratik inkişafı üçün gördükləri işin davamı lazımdır. Çünki İraqda baş verən proseslərə təsir etmək istəyən ölkə təkcə biz deyilik.

Dövlət Departamenti Əfqanıstanda da fəaliyyəti üçün əvvəlkindən 2.2 milyard dollar çox pul istəyib. Xarici siyasət idarəsi Pakistandakı işi üçün də 1.2 milyard dollar xahiş edib.

Dövlət Departamenti dünyada ərzaq təhlükəsizliyi və səhiyyə problemlərinin həllinə dair təşəbbüslər üçün büdcənin də artırılmasını istəyir.

6 ÖLKƏ İLƏ BİRGƏ LAYİHƏLƏRƏ SON QOYULACAQ, 5 ÖLKƏYƏ HƏRBİ YARDIMLAR KƏSİLƏCƏK


Dövlət Departamentinin planlarında 2012-ci ildə 6 ölkə ilə ikitərəfli proqramların ləğvi, 5 ölkəyə isə hərbi yardımların kəsilməsi də var. Amma həmin ölkələrin heç birinin adları açıqlanmır.

Layihədə qeyd edilir ki, təhlükəsizlik sahəsində yardımlar daha konkret və İsrail, Pakistan və başqa müttəfiq ölkələr üzrə “prioritetlərə” yönəldirləcək.

Keçən illə müqayisədə Avropa, Avrasiya və Mərkəzi Asiya ölkələrinə yardımlar da 115 milyon dollar azaldılacaq.

RESPUBLİKAÇILAR XARİCİ ÖLKƏLƏRƏ YARDIMLARIN KƏSİLMƏSİNİ TƏLƏB EDİRLƏR

Amma prezidentin təqdim etdiyi büdcə layihəsində nəzərdə tutulan xərclərin ixtisarları müxalifətdə olan Respublikaçılar Partiyasını qane etmir. Bu partiyadan belə fikirlər səslənir ki, ABŞ-ın özündə büdcə kəsiri olduğu müddətdə xarici ölkələrə yardımlar büsbütün dayandırılmalıdır.

Respublikaçılar hətta, hazırda icra edilən hazırkı dövlət büdcəsində Dövlət Departamentinə ayrılan pulların azaldılmasını tələb edirlərlə. Dövlət Katibi Hillari Klinton bildirib ki, rəqiblərinin təklif etdiyi kimi hazırkı büdcə 16 faiz kəsilsə, bu, ABŞ və dünyada təhlükəsizlik üçün dağıdıcı olardı.

Klinton jurnalistlərə bildirib ki, əgər onların təklif etdiyi layihə qəbul edilsə, ABŞ İraq, Əfqanıstan, Pakistan kimi ön cəbhə ölkələrdə həyata keçirdiyi missiyadan geriyə olduqca iri bir addım atmağa məcbur olacaq.

SON 10 İLDƏ MÜDAFİƏ NAZİRLİYİNİN BÜDCƏSİ AZALIR


2011-ci ilin 11 sentyabrında terror hücumuna məruz qalmasından bəri ilk dəfə İraqdan qoşunların çıxarılması hesabına hərbi büdcəsini ciddi şəkildə azaldır. Keçən il ABŞ Müdafiə Nazirliyinin büdcəsi 708 milyard dollar idisə, gələn il bu büdcə 671 milyard dollar nəzərdə tutulur.

Amma İraq və Əfqanıstan müharibələri nəzərə alınmadan digər müdafiə xərcləri 553 milyard dollara çıxaraq yeni rekorda çatıb.

Yeni nəsil pilotsuz təyyarələrin, hərbi gəmilərin, uzaq mənzilli bombardman təyyarələrinin, vertolyotların, sualtı gəmilərin və başqa müasir silahların hazırlanmasına əlavə 113 milyard dollar nəzərdə tutulur.

Ümumilikdə ABŞ-ın hazırda davam edən müharibələrə büdcəsi 45 milyard dollar azaldırlaraq 118 milyard dollara endirilib. Müdafiə naziri Robert Gates jurnalistlərə söhbətində bunu “olduqca dramatik kəsilmə” adlandırıb. Nazir bildirib ki, bu büdcə daha çox 2011-ci ilin sonunda əsgərlərin İraqı tam tərk etməsinə və Əfqanıstandakı əməliyyatların bir qədər daha az maliyyələşdirilməsinə hesablanıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG