Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:45
Dünya çempionatlarında ən çox qol vuran futbolçu adını qazanan 34 yaşlı Ronaldo, Brazilyanın Corinthians futbol klubunda təşkil etdiyi mətbuat konfransında göz yaşları saxlaya bilməyib: ‘‘Sizi xoşbəxt edən bir şeyi buraxmaq həqiqətən çox çətindir. Futbol məşğul olmaq istədiyim, son dərəcə xoşbəxt olduğum və hətta davam etmək istədiyim bir idmandır. Zehni və psixoloji olaraq hələ davam etmək istəyirəm. Ancaq fiziki gücümü itirmişəm.'‘

Corinthians klubunda son 2 ilini zədələrlə keçirdiyini və bu zaman ərzində yüksək səviyyəli oyun oynaya bilmədiyini söyləyən futbolçunun bundan sonra nə iş görəcəyi bilinmir.

Dizindən aldığı 3 ciddi zədəyə baxmayaraq Avropanın ən böyük klublarında (Barselona, İnter, Real Madrid,Milan) forma geyinən futbolçu, FIFA tərəfindən 3 dəfə ilin ən yaxşı oyunçusu mükafatına layiq görülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG