Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 02:26

BVF ilin sonuna 10 faiz inflyasiya proqnozlaşdırır


Qlobal ərzaq qiymətləri qalxıb deyə, 2010-cu ildə Azərbaycanda inflyasiya yüksək templə artıb. İnflyasiyanın 2011-ci ilin sonuna 10 faizə çatacağı gözlənilir.

Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Bakıda səfərdə olan missiyasının rəhbəri Nadim İlahi bildirdi:

«2011-ci ilin perspektivləri ümidvericidir. Lakin 2011-ci ilin sonuna 10 faiz proqnozlaşdırılan inflyasiya tempi makroiqtisadi risklər yaradır. Rəsmi orqanların əsas vəzifəsi inflyasiya gözləntilərini məhdudlaşdırmaqdır. Büdcə-vergi siyasəti isə tələb ilə bağlı təzyiqləri zəiflətməyə yönəldilməlidir».

Nadim İlahi dedi ki, qlobal ərzaq qiymətlərinin kəskin bahalaşması yoxsul təbəqələr üçün əlavə ünvanlı sosial köçürmələrin ayrılmasını tələb edəcək.

Dövlət orqanlarında inhisarçılıq və korrupsiyanın qarşısının alınması üçün aparılan kampaniyanı BVF missiyası alqışlayır. Missiya bildirir ki, iqtisadiyyatdakı pozuntuları aradan qaldırmaq və dövlət sektorunun effektliliyini artırmaq üçün bu istiqamətdə kompleks tədbirlər həyata keçirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG