Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:56

Berlusconi 17 yaşlı qızla seks iddiası ilə məhkəməyə çıxarılacaq


İtaliyada məhkəmə Baş nair Silvio Berlusconinin məhkəməyə çıxarılması barədə qərar verib. “Associated Press” agentliyinin məlumatına görə bu barədə İtaliya məhkəməsi fevralın 15-də qərar çıxarıb.

Bugünkü qərara görə məhkəmə Baş nazirin 17 yaşlı qıza seks üçün pul verməsi, sonra da bunu ört-basdır etməyə çalışması barədə iddialar araşdırılacaq.
Məhkəmə prosesi aprelin 6-dan başlayacaq.

Berlusconi özü ittihamları rədd edir. Məhkəmənin bugünkü qərarından dərhal sonra vəkili bildirib ki, heç hakimdən başqa qərar da gözləmirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG