Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:30

Dövlət rüsumları və tariflər barədə məlumatlar bir sayta toplandı


Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın dəstəyi ilə www.rüsum.az internet portalı hazırlanıb.

www.rusum.az-da bütün rüsumlar və tariflər barədə informasiyalar cəmləşib. Vətəndaşlar burdan hər bir dövlət orqanı tərəfindən tələb edilən qanuni rüsumun və cərimələrin məbləği barədə məlumat əldə edə bilərlər. Xidmətlərə görə tələb olunan ərizə və anket formaları da saytda yerləşdirilib.

Bundan başqa dövlət orqanlarına müraciət üçün əlaqə ünvanları, telefonlar və elektron poçt əlaqələri də təqdim edilir.

İnternet portalı Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sifarişi ilə "Antikorrupsiya Araşdırmalar Mərkəzi" və "Prodemos" qeyri-hökumət təşkilatları tərəfindən hazırlanıb.

Yanvarın sonundan Azərbaycanda rüşvət və korrupsiyaya qarşı rəsmi kampaniya başlayıb. Dövlət başçısı vətəndaşlara da müraciət edib ki, belə hallar barədə ona müraciət etsinlər.

Amma tənqidçilər bildirirlər ki, ölkədə ümumi idarəetmə sistemi dəyişməyincə, korrupsiyanın qarşısını almaq mümkün olmayacaq.
XS
SM
MD
LG