Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:05

Jurnalist polis polkovnikinin onu döydüyünü deyir


Jurnalistin fotoaparatı alınıb, çəkdiyi şəkillər də pozulub

Jurnalistin fotoaparatı alınıb, çəkdiyi şəkillər də pozulub

«Bizim Yol» qəzetinin müxbiri Ramid İbrahimov döyülməsi ilə bağlı fevralın 16-da Daxili İşlər nazirinə, Baş prokurora müraciət edəcək.

Jurnalist deyir ki, onu fevralın 12-də Prezident Administrasiyasının qarşısında etiraz piketindən reportaj hazırlayarkən polkovnik rütbəli şəxs döyüb.

Ramid İbrahimov AzadlıqRadiosuna bildirib ki, «Muray» MMC-nin aldatdığı adamların Prezident Administrasiyasının qarşısında etiraz aksiyasından şəkillər çəkərkən polkovnik rütbəli şəxsin fiziki təzyiqinə məruz qalıb. Həmin şəxs özünü təqdim etməkdən imtina edib. Jurnalistin fotoaparatı alınıb, çəkdiyi şəkillər də pozulub.

Ramid İbrahimov Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət edib. Jurnalist məhkəmə tibbi ekspertizadan da keçib. Ona bildiriblər ki, səndə hər hansı xəsarət yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG