Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:55

Bəhreyndə də etiraz askiyaları başlayır


Fevralın 14-də Bəhreyndə planlaşdırılan “Qəzəb günü” mitinqlərindən əvvəl iki qəsəbədə polislə müxalifət fəalları arasında toqquşmalar baş verib. Məlumatlara görə polis aksiya iştirakçılarını dağıtmaq üçün rezin güllələrdən, göz yaşardan qazdan istifadə edib.

Bazar ertəsinə keçən gecədən başlayan toqquşmalarda 14 nəfərin yüngül yaralandığı bildirilir.

Bu körfəz krallığında əhalinin əksəriyyətini şiələr təşkil edir. Amma hakimiyyətdə sünni sülaləsidir. Buna görə tez-tez şiələrin ayrı-seçkiliyə məruz qalmaları barədə şikayətlər səslənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG