Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:17

İraq döyüş təyyarələrinin pulunu ərzağa verir


İraq fevralın 14-də elan edib ki, ABŞ-dan 18 döyüş təyyarəsi almaq planı təxirə salınır. Hökumət buna ayrılan pulu ölkənin kasıb vətəndaşlarının qida ehtiyaclarının ödənməsinə yönəltmək qərarına gəlib.

Hökumətin sözçüsü Ali al-Dabbagh ABŞ-dan alınacaq 18 ədəd F-16 qırıcı təyyarəsi üçün nə qədər pul tələb olunduğunu deməyib. Yalnız onu bildirib ki, bu müqavilə üzrə artıq 1 milyard dollar ödənilib.

Fevralın 14-də yüzlərlə iraqlı paytaxt Bağdadda korrupsiyaya, hökumət xidmətlərinin aşağı səviyyəsinə etiraz askiyası keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG