Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:25

Dünya Valentin Günü qeyd edir


Rusiyanın Altay regionunda segililər günü münasibətilə filarmoniyada konsert təşkil edilib.

Tailandda isə 14 cütlüyün öpüşmə yarışı təşkil edilib. Dodaqlarını daha uzun müddət bir-birinə yapşıqlı saxlaya bilən cütlük qalib hesab edilir.

Yaponiyada isə qadınlar küçələrə çıxıb qarşılarına keçən kişilərə şokolad veriblər. Bu ölkədə ənənəvi olaraq Valentin günündə kişilər qadınlara şokolad və çiçək verirlər. Amma indi bayram şənliyinin adəti tərsinə dəyişdirilib.

Bəzi islam ölkələrində isə bu bayramı Qərbin mədəni müdaxiləsi sayaraq qadağan ediblər. Özbəkistanda çap olunan "Turkiston" qəzeti fevralın 12-də yazıb ki, “şeytan məqsədli qüvvələr sevgililər gününü belə populyar ediblər.”

Qazaxıstanda isə keçən həftə bir dəstə gənc Valentin Günü kartlarını yandırma aksiyası keçirərək bunu “xaricilərin bayramı” adlandırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG