Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:04

Lavrov Britaniyaya gedib


Fevralın 14-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Britaniyaya ikigünlük səfəri başlayıb. O, həmkarı William Hague və Baş nazir David Cameronla görüşəcək.

Lavrov bildirib ki, Britaniyanın Baş nazirinin bu il Rusiyaya səfərini də müzakirə edəcəklər.

Bu iki ölkə arasında iqtisadi əlaqələr güclü olsa da diplomatik qalmaqlalları səngimir. Bu ayın əvvəlində "Guardian" qəzetinin müxbirinin Rusiyadan qovulması iki ölkə diplomatları arasında sərt sözləşməyə səbəb olmuşdu.

Kremlin tənqidçilərindən olan keçmiş təhlükəsizlik zabiti Litvinenkonu Britaniyanın geri verməməsi də bu iki ölkə arasında 2006-cı ildən bəri çəkişmə mövzusudur.

Günün bütün mövzuları

XS
SM
MD
LG