Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:04

Obama 2012-ci ilin dövlət büdcəsini elan etdi


ABŞ prezidenti Barak Obama 2012-ci il üçün ölkəsinin büdcəsini elan edib. Amma müxalifətdə olan respublikaçılar elan olunan 3.73 trilyon dövlət büdcəsinin daha da azaldılmasını tələb edirlər.

Prezident Obama fevralın 14-də bildirib ki, yeni elan edilən büdcə layihəsi ona prezidentlik mbüddətinin sonuna qədər büdcə kəsirinin iki dəfə azaldılması barədə vədlərini də yerinə yetirməyə imkan verəcək.

Prezident deyib ki, hökumət bəzi proqramlarını dayandırmalıdır, amma ixtisarlar naminə ümumilikdə “biz gələcəyimizi də qurban verə bilmərik.”

Amma hazırda Nümayəndələr Palatasında çoxluğa sahib olan Respublikaçılar indiki ixtisarların büdcə kəsirinin azaldılmasına kifayət etmədiyini bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG