Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:31

«Çinar» sanatoriyası fəaliyyətə başlayıb, amma müraciət edən yoxdur


Naftalanda prezident İlham Əliyevin açılışını etdiyi «Çinar» sanatoriyası (içərisində həm üçulduzlu otel, həm də SPA mərkəzi var) artıq fəaliyyətə başlayıb, amma hələ ki, müraciət edən yoxdur.

Sanatoriyada iki paket təqdim olunur. 14 günlük paket 900-1000 manat, 21 günlük paket 1200-1300 manat arasında dəyişir. Paketə gündəlik vanna qəbulu və başqa müalicə proseduraları, o cümlədən, qalmaq və yemək daxildir. Bir vanna qəbulu 12 manatadır.

Sanatoriyadan deyirlər ki, hələlik yeni fəaliyyətə başladıqları üçün qiymətlər tam müəyyənləşməyib. Ailə ilə gələnlərə, o cümlədən, qış-payız aylarında müalicə olunmaq istəyənlərə güzəştli qiymətlər tətbiq edilə bilər.

«Çinar» sanatoriyası 4 ildir ki, işləməyib, özəlləşdirilib və hazırda «Azinterbiznes» MMC-in nəzdindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG