Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:17

Şahidlər Tehranda minlərlə adamın küçələrə çıxdığını deyirlər


Şahidlərin bildirdiyinə görə Tehranda minlərlə adam küçələrə çıxıb. Polis yolları bağlayaraq Misir və Tunis xalqına dəstək üçün müxalifətin keçirdiyi bu aksiyanın qarşısını almağa çalışır. Nümayişçilər etiraz aksiyalarının keçirildiyi Azadlıq meydanına doğru hərəkət edirlər.

Şahidlər Tehranda Karim Xan prospekti, Firdovsi meydanı və Hafez küçəsinə də müxalifət tərəfdarlarının axışdığını deyirlər.

Tehranın mərkəzində İnqilab meydanı yaxınlığında polislə aksiya iştirakçıları arasında qarşıdurma yarandığı bildirilir. Təhlükəsizlik qüvvələri havaya atəş açır, dəyənəklərlə adamları ərazidən uzaqlaşdırmağa çalışır. Bəzi yerlərdə polis kütləni dağıtmaq üçün gözyaşardan qazdan istifadə edib.

Tehrandan başqa, İsfahanda da minlərlə adamın şəhərin mərkəzinə toplaşması haqqında məlumatlar var.

Mir Hossein Mousavi və müxalifətin başqa bir lideri Mehdi Karroubi Misir və Tunis xalqı ilə həmrəylik aksiyası keçirmək üçün hökumətə müraciət edib. Amma Tehran rəhbərliyi bu aksiyaya icazə verməyib.

Bu gün səhərdən polis Mousavinin evinin qarşısını bağlayıb, telefonlarını kəsib.

Günün bütün mövzuları

XS
SM
MD
LG