Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:02

«Məmurlar gəlir deklarasiyası versin»


Məsələyə kompleks yanaşılmalıdır

Məsələyə kompleks yanaşılmalıdır

«Antikorrupsiya bütün vəzifəli şəxslərin gəlir deklarasiyası verməsindən başlanmalıdır».

Bu fikirlər Müsavat Partiyasının fevralın 14-də keçirilən növbəti Divanında səslənib.

Partiyadan verilən məlumata görə, yığıncaqda hökumətin son günlər rüşvətə qarşı apardığı kampaniya müzakirə edilib:

«Qeyd edilib ki, iqtidar bu məsələdə ciddi olduğunu sübut etmək istəyirsə, məsələyə kompleks yanaşılmalıdır. Bunun üçün hakimiyyətin bütün strukturlarında mübarizə aparılmalıdır və ən yüksək vəzifə tutan şəxslər də kənarda qalmamalıdırlar. İlk addım kimi bütün vəzifəli şəxslərin gəlir deklarasiyası verməsindən başlanılmalıdır».

Fevralın 19-na planlaşdırılmış «Müsavat-100» tədbirinə hazırlığın gedişatı da müzakirə edilib. Partiya tədbiri «Təbriz» kinoteatrında keçirmək istəyir və bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilsə də, hələlik cavab verilməyib.

Divanda bəzi ərəb ölkələrindəki proseslər də müzakirə obyekti olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG