Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:13

Ermənistanda uşaqbazlıq qalmaqalı


"Ağsaqqal" Der-Boqosyan Axtalada xeyriyyə mərasimində
"Ağsaqqal" Der-Boqosyan Axtalada xeyriyyə mərasimində


Yerevan məhkəməsi baş nazir Tiqran Sarkisyanın yaxın adamı, tanınmış metal biznesmeni Serop Der-Boqosyanı həbsdə saxlamaq və onun cinayət işi üzrə məhkəmə keçirmək qərarını verib.

Baş prokurorluğun bəyanatında deyilir ki, “keçən həftə həbs olunmuş Der-Boqosyan 2009-2010-cu illərdə Axtala yeniyetmələri ilə homoseksual əlaqədə olub və onlara bunun müqabilində pul ödəyib və maddi kömək göstərib”.

BİZNESMENİ QƏZET TUTDURDU

İraqda anadan olmuş, on illərlə Amerikada işləmiş, sonradan Ermənistana gəlmiş 68 yaşlı Der-Boqosyan Yerevanda çıxan “Hetq” qəzetinin araşdırmasından sonra həbs olunub.

Qəzet yazırdı ki, iki yeniyetmə Der-Boqosyanla seksual əlaqədə olduqlarını deyirlər və bunu sübut edən videoları olduğunu bildirirlər.

Der-Boqosyan qəzetin ittihamlarını rədd edirdi və tutulmamışdan qabaq Azadlıq Radiosunun erməni redaksiyasına deyirdi ki, bu, onun rəqiblərini iftirasıdır.
“Belə şey olmayıb. Burda gözü məni götürməyən adamlar var, onlar mənə və mənim biznesimə ziyan vurmaq istəyirlər. Burda elə ailə, elə adam yoxdur ki, mən ona kömək etməmiş olum”.

10 İL ƏVVƏL...

Der-Boqosyan 2500 nəfər əhalisi olan Axtala şəhərciyinə 10 il əvvəl investisiya qoymağa başlayanda burda kütləvi kasılblıq və işsizlik hökm sürürdü.
Faktiki olaraq burda hamıya işi Der-Boqosyan verib.

Ancaq Der-Boqosyanın xeyriyyəçiliyi və gətirdiyi izahlar prokurorları qane etmir, onlar əksinə, tələb etdilər ki, biznesmenin işinə Yerevan məhkəməsi baxsın.

Ermənistan qanunlarına görə, yaşı 16-dan az olan uşaqla seksə görə cərimə və ya iki ilə kimi həbs nəzərdə tutulur.
Prokuror Qambaryan deyir ki, bu ittihamla 2009-cu ildə 18 adam məhkum olunub, onlardan cəmi 3 nəfəri həbs cəzası alıb.
Prokuror bu vəziyyətlə heç cür razı deyil:

“Hər bir erməni bilməlidir ki, uşağa pis məqsədlə yanaşsa, bunun qaçılmaz nəticəsi olacaq. Bu, dövlət siyasəti olmalıdır”.

Keçən yayda əlil uşaqlar üçün məktəbdə məlum oldu ki, müəllim qız şağirdlərlə seksual əlaqədə imiş.

BAŞ NAZİR : “MƏNİM SÖZÜM YOXDUR”

Der-Boqosyan tutulan kimi baş nazir ondan üz döndərdi. Baş nazir öz bloqunda yazdı ki, “mənim sözüm yoxdur”.
Tiqran Sarkisyan tam, tərəfsiz və aşkar istintaqa söz verdi.

Özü Axtaladan olan və Ermənistanın Sosial Rifah Xidmətinin keçmiş rəisi olan Vazgen Xaçikyan deyir ki, biznesmenin Axtaladakı əməlləri haqda bir il əvvəl də məlum idi. Ancaq hüquq-mühafizə orqanları ölçü götürmürdülər.

“Hüquq-mühafizə orqanları görürdülər ki, Serop uşaqları neçə günlüyə, neçə həftəliyə Yerevana və ya kurort şəhəri Tsağkadzora aparır. Onlar niyə soruşmurdulıar ki, 13-14 yaşlı uşaq onunla niyə gedirdi? “

VERGİNİ VERMİRDİ, OĞLANLARA BAHALI HƏDİYYƏLƏRİ İSƏ VERƏ BİLİRDİ

Var-dövləti bir neçə milyon dollar olan Der-Boqosyanı müdafiə edənlər də çoxdur. Qaqik Hakinyan deyir:
“Yerevanda oxuyan 5-6 uşaq var ki, qalmağa yerləri yoxdur. Serop onlara ev tutub. Deyib ki, təhsili başa vurana kimi burda yaşasınlar.”

Axtalanın keçmiş meri Suren Tamazyan isə deyir ki, Der-Boqosyan şəhərciyə vergini vermirdi, ancaq yeniyetmə oğlanlara bahalı hədiyyələr edirdi.

Qonşu Vanadzor şəhərciyində insan haqları fəalı olan Artur Sakunts isə deyir ki, “bu əhvalat Ermənistan üçün səciyyəvidir. Balaca şəhərciyə monopoliyası olan şəxs burda nə istəyir, edə bilər, heç kim bilməyəcək. O özünə hər şeyi rəva bilər, o cümlədən pedofiliyanı.”

Yerevandakı hüquq-müdafiəçiləri isə deyirlər ki, belə görünür, Axtaladakı sakinlər biznesmenin davranışından yaxşı xəbərdar olublar, ancaq iş yerlərini itirməkdən qorxduqlarına görə, səsləri indiyədək çıxmır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG